XİN rəhbəri bu görüşü də ləğv etdi
28.11.2015 05:23 Dünyadan reaksiya 1572
Rusiya xarici işlər naziri Sergey Lavrov KKTC (Kuzey Kıbrıs Türk Cümhuriyyəti) lideri Mustafa Akıncı ilə görüşünü ləğv edib.
Reaksiya.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu qərarın Lavrovun KKTC "Prezident Sarayı"nda görüşün reallaşmasına məcbur etməsindən qaynaqlandığı bildirilib.
Rus mətbuatında 1-2 dekabr tarixlərində Kiprə gələcək Lavrovun Moskvanın “səhv mesajlar verməmək” üçün görüşü ləğv etdiyi vurğulanıb.
Fileleftheros qəzeti yazır ki, Rusiya Müdafiə Nazirliyi rəsmisi Maria Zaharova Lavrovun “Prezident Sarayı”nda görüşə getməsinin KKTC-nı rəsmən tanıması kimi başa düşüləcəyini qeyd edib.
Şərhlər