Prezidentə sui-qəsd hazırlayan qrup ifşa olundu
28.11.2015 12:04 Dünyadan reaksiya 2121

Macarıstanda üzərində külli miqdarda silah və partlayıcı olan 6 nəfər saxlanılıb.
Reaksiya.az Rusiya mediasına istinadən xəbər verir ki, ölkənin daxili işlər nazirinin müavini Laslo Taşnadi həmin şəxslərin silsilə qətillər planlaşdırdığını qeyd edib.
Onun sözlərinə görə, terrorçular dövlətin yüksək vəzifəli şəxslərinə sui-qəsdlər hazırlayırdı.
Təxmini hədəflər arasında ölkənin prezidenti, baş naziri, ali məhkəmə sədrinin olduğu güman olunur. Lakin bu barədə ətraflı məlumat verilməyib.
Şərhlər