Putin Türkiyə ilə vizasız rejimi dayandırdı - Bəzi istisnalarla
28.11.2015 21:47 Dünyadan reaksiya 2016
Rusiya prezidenti Vladimir Putin yeni sərəncamı ilə XİN-ə xüsusi tapşırıq verib.
Reaksiya.az xəbər verir ki, Putin ölkənin Xarici İşlər Nazirliyinə Türkiyə ilə vizasız rejimin dayandırılması barədə Ankaraya bildiriş göndərilməsini tapşırıb.
Sərəncama görə, Türkiyə vətəndaşları 2016-cı il yanvarın 1-dən etibarən Rusiyaya vizasız səfər edə bilməyəcəklər. Bu sərəncam Rusiyada daimi yaşayış icazəsi olan və diplomatik pasport daşıyan Türkiyə vətənaşlarına şamil edilməyəcək.
Putin eyni zamanda Türkiyədən bir sıra məhsulların idxalına qadağa qoyulmasına da göstəriş verib.
Şərhlər