"Türkiyə Rusiya təyyarəsini ABŞ-ın göstərişi ilə vurub"
29.11.2015 02:10 Dünyadan reaksiya 1500
Çeçenistan rəhbəri Ramzan Kadırov Türkiyəni "İraq-Şam İslam Dövləti" terror qruplaşması (İŞİD) ilə iş birliyində ittiham edib.
Reaksiya.az reporta istinadən xəbər verir ki, bu barədə o, şəxsi "Instagram" səhifəsində yazıb.
"Ankaranın terrorçularla biznes əlaqələri var və onlardan neft alır. Bu gün Türkiyə terrorçuların cəlb edilməsi və Suriyaya göndərilməsi üçün bazaya çevrilib, dünyanın hər yerindən quldurlar ora Türkiyə vasitəsilə gedirlər", - deyə Kadırov yazıb.
Onun sözlərinə görə, Türkiyə Suriyada Rusiyaya məxsus "Su-24" təyyarəsini ABŞ-ın göstərişi ilə vurub.
Şərhlər