Rusiyada helikopter qəzası - 4 ölü

29.11.2015 15:37     Dünyadan reaksiya     1893

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsində “AS-350” vertolyotu qəzaya uğrayıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, noyabrın 29-da qəzaya uğrayan vertolyotun göyərtəsində beş nəfər olub. Onlardan dördü ölüb, bir nəfərin aqibəti isə məlum deyil.

Tümen şəhərindən Xantı-Mansiyskə uçan vertolyot neft şirkətlərindən birinin əməkdaşlarını Surqut rayonundakı yatağa aparırmış.  

İlkin məlumata görə, “Skol” aviaşirkətinə məxsus vertolyot qəza nəticəsində kiçik hissələrə parçalanıb.

Hazırda qəza yerində istintaq-əməliyyat qrupu işləyir. Qəzanın səbəbi hələlik məlum deyil.

Şərhlər

Çox oxunanlar