Ermənistanda "Maydan" çevrilişi gözlənilir - Moskvada narahatlıq
24.06.2015 12:50 Dünyadan reaksiya 1804
Ermənistanda baş verən hadisələr Ukraynada dövlət çevrilişi ilə nəticələnən ssenarinin ilkin fazasını eyni ilə təkrarlayır.
AzVision.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə açıqlamasında Rusiya Federasiya Şurasının xarici məsələlər üzrə komitəsinin üzvü İqor Morozov bildirib.
Siyasətçi həmçinin İrəvanda cərəyan edən hadisələrin ABŞ tərəfindən də idarə edilməsini istisna etməyib: “ABŞ-ın Ermənistandakı səfirliyi ABŞ-ın xaricdə ən böyük diplomatik nümayəndələrindən birdir”.
Hazırda aksiyaların keçirildiyi İrəvanın Baqramyan prospektinə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub. Polislər dəyənək və alüminium qalxanlarla silahlanıblar. Etirazçıların toplaşdığı ərazilərdə küçə işıqlandırılması söndürülüb.
Qeyd edək ki, iyunun 22-i axşam saatlarından etibarən İrəvanda minlərlə sakin Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıblar.
Paytaxt sakinləri elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz edir.
Şərhlər