Ərdoğan və Obama görüşəcək - Parisdə

30.11.2015 12:29     Dünyadan reaksiya     1917

21-ci BMT İqlim Dəyişikliyi Konfransı üçün Parisə gedən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünya liderləri ilə ikitərəfli görüşlər keçirəcək.

Reaksiya.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğanın sabah ABŞ prezidenti Barak Obama ilə ikitərəfli görüşü planlaşdırılıb.

Görüşdə prezidentlərin son zamanlar Rusiya-Türkiyə arasında yaşanan gərginliyi müzakirə edəcəyi gözlənilir.

Prezident, həmçinin Fransa prezidenti Fransua Olland, Ukrayna prezidenti Pyotr Poroşenko, Monteneqro prezidenti Filip Vuyanoviç, Braziliya prezidenti Dilma Russef ilə də görüşəcək.

Şərhlər

Çox oxunanlar