"Şahdəniz" yatağına çəkilmiş xərclərin həcmi açıqlanıb
01.12.2015 00:28 Ecoreaksiya 1723
“Şahdəniz” yatağının əməliyyat operatoru “BP-Azerbaijan” şirkətindən verilən məlumata görə, bu ilin üç rübü ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə təqribən 370 mln. dollar əməliyyat xərcləri və 3,37 mlrd. dollar əsaslı xərclər çəkilib.
Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz” Mərhələ 2 layihəsinə aiddir.
Qeyd edək ki, “Şahdəniz”də iştirak payları belədir: BP (operator - 28,8%), AzŞD (10%), "Cənub Qaz Dəhlizi Apstrim" (6.7%), “Petronas” (15,5%), “Lukoil” (10%), NİKO (10%), və TPAO (19%).
Şərhlər