Gənclər təşkilatı "Müasir Bankçılıq" təlimlərinə başladı

01.12.2015 11:46     Ecoreaksiya     2563

“Gəncliyin Elmi Mədəni İnkişafı” (GEMİ) İctimai Birliyi gənclər üçün “Modern Banking” ("Müasir Bankçılıq") adlı  layihə həyata keçirməyə başlayıb.

Bu barədə Reaksiya.Az-a GEMİ-nin mətbuat xidmətindən bildirilib.

Qeyd olunur ki, layihə çərçivəsində bank sektorunda çalışmaq istəyən gənclərə bank işini sıfırdan başlamaqla, praktiki və nəzəri cəhətdən öyrətmək nəzərdə tutulub.

Həmçinin, təcrübəli mütəxəssislər tərəfindən keçiriləcək təlimlərdə gənclərin peşəkar biliklərinin artırılması, onlarda işgüzar keyfiyyətlərin formalaşdırılması əsas məqsədlərdəndir.

Həftədə iki dərs olmaqla 10 dərsdən ibarət olacaq təlimlərdə iştirak etmək istəyənlər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

Şərhlər