"Azercell"ə yeni prezident təyin olundu

01.12.2015 12:09     Ecoreaksiya     2299

Bu gündən etibarən Vahid Mürsəliyev "Azercell Telekom" MMC-nin prezidenti vəzifəsinə təyin edilib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat "Azercell Telekom"dan bildirilib.

V. Mürsəliyev şirkətin Hüquq və idarə işləri departamentinin direktoru vəzifəsi ilə bərabər, cari ilin yanvar ayından şirkətin prezidenti vəzifələrinin icraçısı kimi fəaliyyət göstərib.

"Vahid Mürsəliyev prezident vəzifələrinin icraçısı kimi çalışdığı dövrdə şirkətə dərin sadiqliyini nümayiş etdirib. "Azercell Telekom"un tarixində ilk dəfə olaraq, azərbaycanlının prezident vəzifəsinə təyin olunması çox qürurvericidir. Yeni işində ona uğurlar arzulayıram" - deyə "TeliaSonera" şirkətinin Avrasiya regionu üzrə rəhbəri Emil Nilsson qeyd edib.

V. Mürsəliyev "Azercell Telekom" MMC-də 2005-ci ildən çalışır.

 

Şərhlər