Rusiyadan strateji zəfər: Çin bazarında Səudiyyəlilər geridə qaldılar

24.06.2015 13:34     Ecoreaksiya     2704

Neft qiymətlərinin düşməsində ən əhəmiyyətli faktorlardan biri kimi göstərilən "satıcı ölkələrin bazar payını itirməmək üçün apardığı mübarizə"də yeni mərhələyə qədəm qopyulub. Belə ki, Rusiya Çinə ən çox neft satan ölkə ünvanını Səudiyyə Ərəbistanının əlindən alıb.

Reaksiya.az – ın Bloomberg – ə istinadən verdiyi xəbərə görə, may ayında ilk dəfə Rusiya satış üzrə Çin bazarında birinci yerə çıxıb.

Rusiya aprel ayı ilə müqayisədə 20% - lik artışla 3.9 milyon ton neft satışı həyata keçirərək Səudiyyəliləri geriodə qoyub. Mayda neft satışı 42% -ə düşən Səudiyyəlilər ancaq 3.05 milyon ton neft sata bilib.

Rusiyadan sonra Çinə ən çox neft satan ölkə isə may ayının göstəricilərinə Anqola olub. Bu ölkə də 3.2 milyon ton neft satışı ilə səudiyyəliləri keçib.

Şərhlər