KİV: SOCAR “Petkim”dəki payını yenidən satışa çıxarır

24.06.2015 14:42     Ecoreaksiya     2106

İstanbul birjasına müraciət olunub.

“Socar Turkey Enerji A.Ş” “Petkim Petrokimya Holding”dəki paylarının bir qismini yenidən satışa çıxarıb.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyyet” qəzeti yazıb.

Qəzet yazır ki, bununla bağlı olaraq “Socar Turkey Enerji A.Ş” İstanbul birjasına müraciət edib. 

Bundan başqa, şirkət paylarını iyunun 25-də və ya ondan sonrakı dövrlərdə satmağı planlaşdırır. 

Qeyd edək ki, artıq mətbuatda müraciətin mətni də yayımlanıb.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl “SOCAR Turkey” şirkəti “Petkim Petrokimya Holding A.Ş.”in səhmlərinin satılması təklifini ləğv etmişdi. Buna səbəb kimi isə maliyyə bazarlarındakı qeyri-müəyyənliyi göstərmişdi.

Xatırladaq ki, “Socar Turkey Enerji A.Ş” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə fəaliyyət göstərən törəmə müəssisəsidir.

Şərhlər