Azərbaycan tranzit xərclərini azaltdı

03.12.2015 00:33     Ecoreaksiya     1697

Tranzit yüklərin daşınması üçün daha əlverişli şəraitin yaradılması məqsədilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən müvafiq tədbirlər görülüb.

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasından verilən məlumata görə, tranzit prosedurlarının sadələşdirilməsi və xidmət haqlarının aşağı salınması hesabına Azərbaycandan Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarına istiqamətlənmiş iritonnajlı yük avtonəqliyyat vasitələri üçün tranzit gediş-gəliş xərcləri təqribən 40% aşağı salınıb.

Eyni zamanda, Bakı-Aktau-Bakı istiqamətləri üzrə dəniz yolu ilə daşıma tarifləri də 20%-dək aşağı salınıb və hər iki istiqamət üzrə birlikdə 2100 ABŞ dolları həcmində müəyyənləşdirilib.

Bununla da, hər bir iritonnajlı yük avtonəqliyyat vasitəsi üçün hər gediş-gəliş tranzit xərcləri hər iki istiqamət üzrə birlikdə təxminən 2600 ABŞ dolları təşkil edəcək.

Görülmüş tədbirlər Azərbaycanın tranzit cəlbediciliyini və tranzit yükdaşımalarından gəlirlərini daha da artıracaq.

 

Şərhlər