Dolların bugünkü məzənnəsi

03.12.2015 09:27     Ecoreaksiya     2028

Bu gün dekabrın 2-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi möhkəmlənib.

Reaksiya.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 3-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 2-si ilə müqayisədə 0,0001 manat və ya 0,01% artaraq 1,0512 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,0022 manat və ya 0,2% azalaraq 1,1134 manata enib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0002 manat və ya 1,27% azalaraq 0,0156 manat səviyyəsində qərarlaşıb.

 

Şərhlər