“Newsweek” araşdırdı: "Rusiyanın yeni siyasi üstünlüyü atom elektrik stansiya razılaşmaları ola bilər".
25.05.2015 16:18 Ecoreaksiya 1050
“Newsweek” jurnalında dərc olunan yazıda Rusiyanın atom elektrik stansiyası müqavilələri ilə siyasi bir hədəf güddüyü, ölkələr üzərindəki siyasi fəaliyyətini artırmağı qarşısına məqsəd qoyduğu qeyd olunur. Yazıda Rusiyanın bu sahəyə təkcə iqtisadi qazanc baxımından yox, siyasi fəaliyyət baxımından da yanaşdığı müdafiə olunur və "bu məsələdə böyük bir strategiyaya sahib olduğu" ifadə edilir. Analizdə qeyd edilir ki, Rusiya Avropa İttifaqı ölkələri, Orta Şərq və Uzaq şərqdəki təsirini gücləndirəcəyini bildiyi üçün, bu müqavilələrdə aşağı qiymətlərə belə razılaşır.
Macarıstan, Bolqarıstan, Slovakiya, Çek Respublikası, İran, Türkiyə, İordaniya, Misir, Hindistan, Bangladeş, Vyetnam və Argentina ilə əldə edilən razılaşmalar bu ölkələri əvvəlcə Rusiyanın təmin edəcəyi nüvə yanacağına on illər boyunca asılılığını təmin edir.
Siyahıdakı Avropa İttifaqının üzvü ölkələrlə Ukrayna elektrik enerjisi ehtiyaclarının 42 % - ni nüvə enerjisindən təmin edir və bu ölkələrin atom elektrik stansiyaları, Rusiyanın təmin edəcəyi yanacaqdan asılı vəziyyətdədir.
Qlobal analiz təşkilatı Stratforun Avrusya üzrə analitiki Lili Bayer, Macarıstan ilə əldə edilən 10 illik davamlı müqavilənin Avropanı enerjidə Rusiyaya asılı vəziyyətə gətirmə strategiyasının açıq bir nümunəsi olduğunu düşünür. Rusiya müqavilə şərtlərinə uyğun olaraq Macarıstana 10 milyard dollar kredit təmin edir və Bayerin fikrincə, belə hal, "borcun geri ödənməsinə kimi keçəcək müddət üçün Kremlə Macarıstana qarşı istifadə edə biləcəyi bir təzyiq vasitəsi qazandırır".
“Karnegi Moskva Center” analitik mərkəzinin analisti Pyotr Topiçkanov nüvə müqavilələrini həyata keçirən Rosatomun "böyük bir strategiyasının olduğunu və bu strategiyanın da Rusiya dövləti tərəfindən dəstəkləndiyini" ifadə edir.
Topiçkanovun fikrincə, Rosatomun Orta Şərq və Uzaq Şərqdə əldə etdiyi nüvə stansiya müqavilələri ilə təxminən eyni siyasi hədəflər güdülür. Topiçkanov bildirir ki, Rusiya, siyasi hədəfləri olduğuna görə tərəfdaşlarına çox əlverişli maliyyə imkanları təmin edir. Əgər bu ölkələrlə əlaqələr pozulsa və Rusiya nüvə yanacaq verməyi kəssə, bu ölkələrin alternativ qaynaqlar tapmaqda çox çətinləşəcəklərini bilir. Belə olan halda əlaqələrdə gələcəkdə problemin çıxması ehtimalını qabaqcadan qarantiya altına alır. Topiçkanov bunun, Rusiya hökumətin tərəfindən dəstəklənilən "böyük bir strategiya olduğunu" ifadə edir.
Atom enerjisi mütəxəssislərindən John Large də Rusiyanın təbii qazdan sonra nüvə enerji sahəsində də Avropanı özündən asılı hala gətirmə strategiyasına diqqəti çəkir. John Large Putinin qazdan sonra "nüvə kranı"nın da başında olması halında bunun uzun müddət qalıcı və mənfi nəticələr meydana gətirəcəyini də sözlərinə əlavə edir.
Şərhlər