Cahangir Hacıyev Bakı Fond Birjasının rəhbərliyindən uzaqlaşdırıldı
07.12.2015 13:32 Ecoreaksiya 2043
Reaksiya.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna sorğusuna cavab olaraq BFB-dən məlumat verilib.
"Bakı Fond Birjasının Müşahidə Şurasının sədrinin seçilməsi birjanın səhmdarlarının ümumi yığıncağının səlahiyyətində olan bir məsələdir. Hal-hazırda bu məsələ ilə bağlı müzakirələr aparılır", - deyə məlumatda vurğulanıb.
Hazırda C.Hacıyevin səlahiyyətlərini Araz Əliyev icra edir.
Xatırladaq k, BFB-nin Müşahidə Şurasının sədri, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev 3 ay müddətinə azadlıqdan məhrum edilib.
C.Hacıyev barəsində Nərimanov rayon Məhkəməsində azadlıqdan məhrumetmə qərarı seçilib.
C.Hacıyev Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) maddələri ilə ittiham olunur.
Şərhlər