Dolların bugünkü məzənnəsi

08.12.2015 09:34     Ecoreaksiya     2249

Bu gün dekabrın 7-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi möhkəmlənib.

Reaksiya.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 8-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 7-si ilə müqayisədə 0,0001 manat və ya 0,01% artaraq 1,05 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,0018 manat və ya 0,16% azalaraq 1,1387 manata enib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0002 manat və ya 0,02% azalaraq 0,0152 manat səviyyəsində qərarlaşıb.

Şərhlər