Nüvə müzakirələri Vyanada davam edir
25.06.2015 04:12 Ecoreaksiya 2681
İran ilə həyata keçirilən nüvə müzakirələri Vyanada davam edərkən iranlı nazir Zərif danışıqlarda şənbə günündən etibarən iştirak edəcək.
İranın BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya ilə apardığı müzakirələr üçün Zərifin cümə günü Vyanaya gedəcəyi bildirilir. Almaniya və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ABŞ, Fransa, İngiltərə, Rusiya və Çindən ibarət olan P5 + 1 ölkələri ilə İranın 2 apreldə əldə etdikləri ilkin razılaşmaya əsasən, İranın uran fəaliyyətlərini 10 il məhdudlaşdırması və bu əməliyyatın da ancaq Natanz stansiyasında həyata keçirilməsi nəzərdə tutulur.
Müzakirələr çərçivəsində yekun razılaşmanın 30 iyunda imzalanması nəzərdə tutulur, ancaq bu tarixin də dəqiq tarix olmaması da iddia edilir.
Şərhlər