Dolların bugünkü məzənnəsi
10.12.2015 09:48 Ecoreaksiya 2356
Bu gün dekabrın 9-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi zəifləyib.
Reaksiya.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 10-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 9-u ilə müqayisədə 0,0004 manat və ya 0,04% azalaraq 1,0492 manat olub. Beləliklə, dolların məzənnəsi cari ilin noyabrın 4-dən bəri ən aşağı həddə enib. Həmin gün dolların manata qarşı məzənnəsi 1,0496 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,0094 manat və ya 0,82% artaraq 1,1547 manata yüksəlib. Dolların əksinə olaraq avronun məzənnəsi cari ilin noyabrın 4-dən bəri ən yuxarı həddə qalxıb. Həmin gün avronun manata qarşı məzənnəsi 1,1492 manat olub.
Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,66% azalaraq 0,0151 manat səviyyəsində qərarlaşıb.
Şərhlər