Azərbaycanda xam neft hasilatı üzrə qiymətlər 8% azalıb

15.12.2015 00:33     Ecoreaksiya     1976

Bu ilin noyabr ayında Azərbaycanda mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 8,2%, emal sənayesi üzrə 1,4% azalıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ay su təchizatı, tullantıların təmizlənməsi və emalı, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələri üzrə isə qiymətlərdə dəyişiklik baş verməyib. Ümumilikdə sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 7,1% azalıb.

Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft hasilatı üzrə 8,2% azalıb, metal filizlərinin hasilatı üzrə 2,3% artıb, digərlərinin qiymətləri isə sabit qalıb.

Ay ərzində emal sənayesində istehsalçı qiymətləri metallurgiya sənayesi üzrə 6,8%, kimya sənayesi üzrə 5,8%, neft məhsullarının istehsalı üzrə 1,9%, kağız və karton istehsalı üzrə 0,3%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,2%, qida məhsullarının istehsalı üzrə 0,1% azalıb, tikinti materiallarının istehsalı üzrə 2,2%, içki istehsalı üzrə 1,2% artıb.

Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində dəyişikliklər baş verməyib

Şərhlər