"Manat iqtisadi çağırışlara cavab verir" - Nazirin birinci müavini

15.12.2015 15:54     Ecoreaksiya     2098

Bu gün Azərbaycan manatı iqtisadi çağırışlara cavab verir.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bunu vergilər nazirinin birinci müavini Natiq Əmirov deyib.

N.Əmirov bildirib ki, son illərdə Mərkəzi Bank uğurla manatın kursunu tənzimləyən, eyni zamanda bu siyasəti həyata keçirən addımlar atır: "Azərbaycan həm region ölkələri arasında milli valyutanın məzənnəsinin idarə olunmasında, həm də iqtisadi proseslərdə artım tempinin saxlanmasına nail olan yeganə ölkədir. Heç bir ölkə buna bu səviyyədə nail ola bilməyib. Buna görə mən hesab etmirəm ki, bu gün bu məsələlərə görə narahat olmağa dəyər".

Şərhlər