ÜDM istehsalı bir ildə 3,1% artıb

16.12.2015 00:17     Ecoreaksiya     1933

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 50,1 mlrd. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,1% çox ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 4,0% artıb, onun ÜDM-də xüsusi çəkisi son bir il ərzində 60,9%-dən 69,3 faizədək yüksəlib.

Ümumi daxili məhsulun 30,7%-i neft sektorunun payına düşüb və bu sektorda əlavə dəyər istehsalı əvvəlki ilin eyni dövrünə nisbətən 1,8% artıb. Bu dövrdə ümumi daxili məhsulun 33,7%-i sənayedə, 13,7%-i tikintidə, 9,9%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 5,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,5%-i nəqliyyat və anbar təsərrüfatı, 2,7%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2%-i informasiya və rabitə sahələrində, 18,7%-i isə digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 7,9%-ni təşkil edib.

Şərhlər