TANAP üzrə tender keçiriləcək
25.06.2015 15:50 Ecoreaksiya 2250
TANAP qaz kəmərinin tikintisi üçün yaradılmış konsorsium 2015-ci ilin ikinci yarısında EPS (Engineering, Procurement, Construction and Installation) müqavilələri üzrə tender elan edəcək.
ANS PRESS-in məlumatına görə, bu barədə konsorsiumun məlumatında deyilir.
Bildirilir ki, tender boru kəmərinin dəniz hissəsinin layihələndirlməsimə, satınalma, tikinti, montaj edilməsi və fibro-optik kabelin çəkilməsi üzrə podratçıları seçmək üçün keçiriləcək.
İndi tenderdən əvvəl kvalifikasiya seçimi aparılıb, 6 şirkət və alyans tenderdə iştirak etmək üçün dəvət alıb. Bunlar "Micoperi S.r.l.", "MRTS-Fernas Insaat AS Joint Venture", "Saipem", "Swiber Offshore Construction PTE LTD", "TL Offshore Sdn." (Sapura Kencana Petroleum Group Company) və "Valentine Maritime LTD Honeywell A.S." şirkətləridir.
Şərhlər