SOCAR-ın Türkiyədəki şirkəti ləğv edildi
16.12.2015 16:30 Ecoreaksiya 2113
SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan "SOCAR Turkey LNG Satış Anonim Şirketi"nin lisenziyası ləğv edilib.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarı Tənzimləmə Qurumu qərar qəbul edib.
Ümumilikdə, qurum 13 şirkətin lisenziyasını ləğv edib. Bu şirkətlərin arasında "SOCAR Turkey LNG Satış Anonim Şirketi" də var.
Qeyd edək ki, "SOCAR Turkey LNG Satış Anonim Şirketi" Türkiyənin 6 bölgəsində sıxılmış qazın satışını həyata keçirirdi.
Şərhlər