Dolların bahalaşması davam edir
17.12.2015 09:33 Ecoreaksiya 2180
Bu gün dekabrın 16-ı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi artıb.
Reaksiya.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 17-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 16-ı ilə müqayisədə 0,0004 manat və ya 0,04% artaraq 1,0499 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası bu gün 0,0083 manat və ya 0,72% ucuzlaşaraq 1,1394 manata düşüb.
Manata nəzərən Rusiya rublunun məzənnəsi artıq üç gündür ki, 0,0149 manat səviyyəsində qərarlaşıb.
Şərhlər