Dollar və avronun məzənnəsi dəyişmədi

18.12.2015 09:36     Ecoreaksiya     2141

Bu gün dekabrın 17-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi dəyişməyib.

Reaksiya.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 18-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi ötən gün olduğu kimi 1,0499 manat səviyyəsində qalıb.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası  da ötən gün olduğu kimi 1,1394 manat səviyyəsindədir.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0, 0001 manat və ya 0,67% ucuzlaşaraq 0,0148 manata düşüb.

Şərhlər