Dollar və avro yenə bahalaşdı

29.12.2015 09:46     Ecoreaksiya     2177

Bu gün dekabrın 28-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi möhkəmlənib.

"Reaksiya" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 29-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 28-i ilə müqayisədə 0,11% və ya 0,0017 manat artaraq 1,5578 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası  da 0,09% və ya 0,0015 manat artaraq 1,7094 manata yüksəlib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 2,26% və ya 0,0005 manat artaraq 0,0226 manat olub.

Şərhlər