Dollar satan banklar - SİYAHI
29.12.2015 14:29 Ecoreaksiya 2413
Azərbaycanda dollara tələbatın kəskin artdığı bir şəkildə bəzi bankları valyuta satışını tamamilə dayandırıblar, bəzi banklar isə valyutanı yüksək məzənnə ilə satırlar.
"Reaksiya" Fins.az-a istinadən xəbər verir ki, hələlik valyuta satışını dayandırmamış bankların siyahısını təqdim edir.
“Azərbaycan Sənaye Bankı”
“Azərbaycan Sənaye Bankı”ndan (ASB) həm dollar həm də avro satır. Bankdan fins.az-a bildirilib ki, dollar 1,61 manata, avro isə 1,76 manata satılır. Amma satış məbləğində limit var. Belə ki, adambaşına 500 dollardan və yaxud avrodan çox olmamaq şərti ilə valyuta almaq mümkündür. Bununla belə, bankda valyutanın tükənəcəyini istisna etmirlər.
“Bank Standard”
“Bank Standard”da isə dollar 1,62 manata, avro isə 1,78 manata satılır. Bu bankda da valyuta satışınalimitvar - 1000 dollarlıq və 1000 avro.
“Kapital Bank”
“Kapital Bank”da dolları 1,61 manata, avronu isə 1,78 manata almaq olar. Bu bank da limitlə valyuta satan banklar arasındadır. Bankda adambaşına 2000 dollardan və avrodan çox olmamaq şərti ilə valyuta almaq mümkündür.
“Azər-Türk Bank”
Hazırda ölkədə dolların ən aşağı məzənnəsi “Azər-Türk Bank”dadır. Burada dollar 1,599 manat məzənnə ilə satılır. Avronun məzənnəsi isə 1,755 manatdır. Limit yoxdur.
“Turanbank”
“Turanbank” da hələlik dollar satışını dayandırmayıb. Bankda dollar 1,61 manat məzənnəsi ilə, avro isə 1,742 manatla satılır.
“Bank VTB (Azərbaycan)”
“Bank VTB (Azərbaycan)”da dollar qurtarıb. Bankdan fins.az-a verilən məlumata görə, əvəzində əhali buran avro ala bilər. Məzənnə də pis deyil - 1,743 manat. Bu məzənnə dolların təxminən 1,6 manat məzənnəsinə uyğundur (1 avronun 1,09 dollar olduğunu nəzərə alsaq).
Şərhlər