“Qarant Sığorta” şirkəti ləğv olundu
30.12.2015 10:05 Ecoreaksiya 2128

Azərbaycanda daha bir sığorta şirkəti ləğv olunub.
"Reaksiya" APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat Vergilər Nazirliyindən verilib.
Məlumata görə, “Qarant Sığorta” ASC ləğv olunduğunu elan edib.
Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhər, Sarabski küçəsi, məhəllə 657, “Garant Holdinq”in binasının 6-cı mərtəbəsi ünvanına bildirə bilərlər.
Şərhlər