Kartla valyuta çıxartmaqda çətinlik yaranıb

30.12.2015 10:54     Ecoreaksiya     2339

Dünəndən kommersiya banklarının hesabdan və plastik kart vasitəsilə valyuta çıxarmağa məhdudiyyət qoyduğu bildirilir.

"Reaksiya" "Marja"ya istinadən xəbər verir ki, bir çox müştərilərin plastik kartla bankomatdan pul çıxarmaq cəhdi uğursuz olub. Yəni müştərilərə nağd valyuta verilməsində məhdudiyyət var. Bundan başqa, bir sıra banklarda pul çıxarılmasına limit qoyulub –2 min dollar.

Bu, nağd valyuta qıtlığı ilə izah edilir. Banklardan bildirildi ki, hansısa məhdudiyyət yoxdur, sadəcə dollar az olduğundan tez qurtarır: "Hər bankomatda müəyən məbləğdə dollar olur. Bankomatda dollarda pul qurtardıqda müştəri növbəti günü gözləməlidir. Əhali kartında manatda olan pulunu dollarda çıxardır".

Qeyd edək ki, dünən bankların çoxu valyuta satışını da dayandırmışdı.

Digər bir iddiaya görə, Azərbaycandakı bütün valyutadəyişmə məntəqələri bağlanacaq.

Şərhlər