Bayram günlərində manatın məzənnəsi necə olacaq?
30.12.2015 12:51 Ecoreaksiya 2166
Azərbaycan Mərkəzi Bankı (AMB) əhalinin nəzərinə çatdırır ki, qarşıdakı bayram günlərində milli valyutanın məzənnəsi ilə bağlı yarana biləcək hər hansı spekulyativ xarakterli məlumatlara və şaiyələrə inanmasınlar.
"Reaksiya" xəbər verir ki, Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq tələb və təklif nəzərə alınmaqla manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 05 yanvar 2016-cı il tarixi üçün 1.5610 müəyyənləşdirilib.
Məlumat üçün bildirilir ki, bayramqabağı günlərdə Mərkəzi Bank tərəfindən bankların valyutaya olan ehtiyacları keçirilmiş hərraclar vasitəsilə yetəri qədər təmin edilib.
Şərhlər