Rus qazını Azərbaycan satacaq

27.06.2015 12:24     Ecoreaksiya     2166

Azərbaycan Rusiyanın "Qazprom" şirkətinə qaz almaq üçün müraciət edib. 

ANS PRESS-in məlumatına görə, bu barədə "Qazprom" rəhbəri Aleksey Miller keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Rusiyadan Azərbaycana qaz nəqli artıq bu ildən başlaya və ildə bir neçə milyard kubmetrə çata bilər. 

"Bizim azərbaycanlı həmkarlarımız xahiş ediblər ki, ən yaxın zamanda Rusiyadan Azərbaycana qaz göndərək", - deyə Miller vurğulayıb.

"Azərbaycan iqtisadiyyatı böyüyür, daxili tələbat artır. Burada söhbət orta-uzun müddətli saziş əsasında ildə bir neçə milyard kubmetr qazın nəqlindən gedə bilər. Qaz nəqli bu ilin sonuna qədər başlaya bilər", - deyə o bəyan edib. 

Miller həmçinin xatırladıb ki, ilin sonuna kimi Azərbaycandan Rusiyaya qaz ixracı barədə saziş qüvvədədir. Amma saziş çəçivəsində qaz nəqli gerçəkləşdirilmir. "İndi nəql gerçəkləşdirilmir. Qaz nəqli hələ keçən ilin ortalarından dayandırılıb", - deyə holdinq başçısı bildirib. 

"Qazprom" və ARDNŞ 2009-cu ildə Azərbaycan qazının alqı-satqısı üzrə saziş bağlayıblar. Saziş üzrə qaz nəqli 2010-cu ildən başlayıb. 2012-ci ildə sazişə əlavələr edilib. 

2013-cü ildə Azərbaycandan Rusiyaya 1,4 milyard kubmetr qaz göndərilib. 2014-cü ildə bu, 0,21 milyard kubmetrə qədər azalıb. 2015-ci ildə qaz nəqli olmayıb. 
 

Şərhlər