Avro ucuzlaşdı, dollar isə sabitdir
05.01.2016 10:56 Ecoreaksiya 1999
Bu gün dekabrın 30-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi möhkəmlənib.
"Reaksiya"nın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 30-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 30-u ilə müqayisədə 0,10% və ya 0,0016 manat artaraq 1,5610 manat olub.
Xatırladaq ki, Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq tələb və təklif nəzərə alınmaqla dekabrın 30-da manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 5 yanvar 2016-cı il tarixi üçün 1,5610 müəyyənləşdirilib.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 0,89% və ya 0,0151 manat azalaraq 1,6895 manata enib.
Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,46% azalaraq 0,0215 manat səviyyəsində qərarlaşıb.
Şərhlər