Bugünkü məzənnə - Dollar bahalaşmaqda davam edir

06.01.2016 09:52     Ecoreaksiya     2498

Bu gün yanvarın 5-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi möhkəmlənib.

"Reaksiya" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 6-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi yanvarın 5-i ilə müqayisədə 0,10% və ya 0,0016 manat artaraq 1,5626 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası  da 0,59% və ya 0,0099 manat azalaraq 1,6796 manata enib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0002 manat və ya 0,93% azalaraq 0,0213 manat səviyyəsində qərarlaşıb.

Şərhlər