Brent markalı neft bahalaşdı, Azərbaycan nefti isə...

06.01.2016 09:44     Ecoreaksiya     2373

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,03 dollar artaraq 36 dollar təşkil edib.

"Reaksiya"nın məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,77 dollar azalaraq 36,45 dollar olub.

Azərbaycan nefti isə ucuzlaşıb. Məlumata görə, London birjasında dünən keçirilmiş hərraclarda "AzeriLight" markalı neftin bir barelinin qiyməti 0,28 dollar və ya 0,74% azalaraq 37,36 dollar təşkil edib.

Şərhlər