Beynəlxalq Bankda yeni təyinat

06.01.2016 11:39     Ecoreaksiya     1912

Azərbaycan Beynəlxalq Bankınının (ABB) Mühasibatlıq və büdcə Departamentinə yeni direktor təyin olunub. "Reaksiya"nın reporta istinadən verdiyi xəbərə görə, bu vəzifəyə əvvəllər həmin departamentdə direktorun müavini olan Anar Nağıyev keçib.

Qeyd edək ki, bundan əvvəl Mühasibatlıq və büdcə Departmanetinə Rəşad Qasımov başçılıq edib. Daha sonra R.Qasımovun "İnter" Futbol Klubuna prezident seçilməsi ilə həmin vəzifə boş olub. 

Hazırda ABB-nin İdarə Heytəinin sədri Elmar Məmmədov, sədr müavinləri Murad Şirəliyev və Ülvi Mansurovdur. Ü.Mansurov həm də Bankın baş maliyyə direktorudur.

Şərhlər