Dolların bugünkü məzənnəsi

07.01.2016 10:09     Ecoreaksiya     2089

Azərbaycanda dolların qiyməti dəyişməz qalsa da, avronun məzənnəsi artıb. 

"Reaksiya" Mərkəzi Banka istinadən xəbər verir ki, bugünkü məzənnəyə əsasən, 1 dollar 1.5626 manat, avro isə 1,6913 manat təşkil edir.

Qeyd edək ki, dünən Azərbaycanda 1 dollar 1.5626 manat, avro isə 1,6796 manat olub.

Xatırladaq ki, 2015-ci il dekabrın 21-də Mərkəzi Bank “Üzən məzənnə” rejiminə keçid haqda qərar qəbul edib və həmin gün dolların qiyməti 50 faiz bahalaşıb.

Şərhlər