Neftin qiyməti ucuzlaşmaqda davam edir
07.01.2016 13:22 Ecoreaksiya 2084
London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 4% azalaraq 33 dollardan aşağı düşüb.
"Reaksiya" xəbər verir ki, hazırda Brent markalı neftin bir bareli 32,81 dollara satılır. Bu, 2004-cü ilin aprelindən bəri ən aşağı göstəricidir.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,42 dollar azalaraq 32,55 dollar təşkil edib.
Neftin ucuzlaşmasına Çin bazarında vəziyyət və ABŞ-ın neft ehtiyatlarının artması səbəb olub.
Şərhlər