Banklar vətəndaşları necə soyur? - YENİLƏNİB
07.01.2016 20:15 Ecoreaksiya 2255
"Reaksiya" big.az-a istinadən xəbər verir ki, Elnarə Xəlilova sosial şəbəkələr vasitəsilə Beynəlxalq Bank rəhbərliyinə üzünü tutaraq bu cür qərarın düzgün olmadığını vurğulayıb:
18:45
Tez-tez mətbuatda bank fırıldaqları haqda xəbərlər oxuyuruq. Bu gün isə bu hadisənin əyani şahidi olduq. Belə ki, əməkdaşımız Beynəlxalq Bank hesabından üç manat pul çıxarıb, buna görə isə əlavə 5 manat komissiya haqqı tutulub. Dəhşətlidir! Dünyanın harasında belə fantastik məbləğdə komissiya haqqı tutulur? Bu barədə xeyli araşdırdıq, amma rastımıza belə ölkə çıxmadı. Bəs niyə inkişaf etmiş ölkə olmağa iddia edən Azərbaycanda bu baş verir? Sualın cavabı üçün ilk öncə “Azercard”-a müraciət etdik. Cavabında isə bunun elə belə olmalı olduğunu bildirdilər. Mərkəzi Bankın saytında göstərilən əlaqə nömrələri ilə ünsiyyət cəhdimiz isə ümumiyyətlə alınmadı, çünki qeyd edilən nömrələr işləmirdi. Heç saytın “Müraciət” bölməsi də köməyimizə çatmadı.
Bildiyiniz kimi bu gün ölkəmizdə iqtisadi durum müəyyən dərəcədə qarışıqdır. Banklar isə bu qarışıqlıqdan maksimum yararlanaraq əhalini soymaqla məşğuldur. Biz isə şikayətimizi kima edək, hara edək, bilmirik.
Şərhlər