Nazirlik büdcəyə 7 milyard ödəyib
08.01.2016 16:25 Ecoreaksiya 1952
2015-ci ilin yanvar-dekabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar haqqında məlumatlar açıqlanıb.
Nazirliyin Analitik-informasiya şöbəsindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, qeyd olunan müddət ərzində dövlət büdcəsinə 7 milyard 118 milyon 196,7 min manat vəsait daxil olub, proqnoz tapşırığına 100,1 faiz əməl edilib.
Hesabat dövründə vergi orqanlarında 76 877 vergi ödəyicisi qeydiyyata alınıb.
Şərhlər