Bakı-Aktau istiqamətində daşınan yük maşınlarının sayı - Açıqlandı
09.01.2016 13:55 Ecoreaksiya 2045
2015-ci ilin dekabr ayında "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin gəmiləri ilə Bakı-Aktau istiqamətində 566, 2016-cı ilin ilk 7 günü ərzində isə 255 yük maşını daşınıb.
"Reaksiya" APA-ya istinadən xəbər verir ki, 2015-ci ilin yanvar-noyabr aylarında Bakı-Aktau istiqamətində ayda orta hesabla 60 yük maşını daşınırdı ki, bu da 10 dəfədən çox artım deməkdir.
Ələt limanında yük avtomobillərinin sıxlığının tam aradan qaldırılması məqsədilə gəmilərin əlavə səfərləri təşkil edilir, ehtiyatda olan gəmilər istismara qaytarılır.
Belə ki, dekabrın ortalarından keçən müddətdə əlavə 3 bərə - “Akademik Topçubaşov”, “Qarabağ” və “Professor Gül” gəmiləri istismar ehtiyatından çıxarılaraq yükdaşımalara cəlb edilib. Yaxın günlərdə daha bir gəmi – “Merkuri-1” müvafiq texniki işlərdən sonra istismara buraxılacaq.
Hazırda Bakıdan Aktau və Türkmənbaşı istiqamətlərində 11 bərə və 2 Ro-Ro gəmisi işləyir.
Görülmüş tədbirlər nəticəsində Aktau limanında yük maşınlarının sıxlığı tam aradan qaldırılıb, Ələt limanında isə avtomobillərin yükləməni gözləmə müddəti yarıbayarı azalıb.
Şərhlər