Bank üç filialını bağladı
09.01.2016 15:05 Ecoreaksiya 2211
Azərbaycanda daha bir bank bir neçə filialını bağlamaq məcburiyyətində qalıb.
"Reaksiya" “Qafqazinfo”ya istinadən xəbər verir ki, "Bank Respublika" Şəki, İmişli və Göyçay filiallarının fəaliyyətini fevralın 1-dən dayandırır.
Bank rəhbərliyi ölkənin maliyyə sistemində yaranmış vəziyyəti, həmçinin qeyd olunan filialların rentabellik və potensial baxımından aşağı səviyyədə olmasını nəzərə alaraq, onların bağlanması haqqında qərar verib. Bununla yanaşı, Şəki, İmişli və Göyçay filiallarının müştərilər qarşısındakı öhdəlikləri bankın yaxın rayonlarda yerləşən filiallarına transfer edilib.
Şərhlər