İctimai nəqliyyatdakkı qəzalara görə sığorta veriləcək
27.06.2015 20:03 Ecoreaksiya 2078
Maliyyə Nazirliyinin Kollegiyası "Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta şəhadətnaməsinin forması, çap olunması və doldurulması Qaydaları"na dəyişiklik edib.
Reaksiya.Az APA-ya istinadən bildirir ki, dəyişiklik ictimai nəqliyyatda qəzalar zamanı sərnişinlərin xəsarət alması ilə bağlıdır.
Nəqliyyat vasitəsi sərnişin daşıma xidmətini yerinə yetməsi ilə əlaqədar hərəkətdə olarkən və ya bu məqsədlə dayanacaqlarda (hava limanlarında, dəniz, dəmiryolu və ya avtobus vağzallarında, stansiyalarında, platformalarında və ya körpülərində) olarkən sığorta olunmuş sərnişinin nəqliyyat vasitəsində olduğu müddət ərzində sığorta risklərinin baş verməsi, yəni nəqliyyat vasitəsinin istismarı ilə əlaqədar sərnişinin bədən üzvlərinin, toxumalarının zədələnməsi nəticəsində yüngül və ya ağır xəsarət alması, əmək qabiliyyətini tam və ya qismən itirməsi, yaxud ölməsi faktı sığorta hadisəsi hesab edilib.
Dəyişikliyə əsasən sərnişinin az ağır xəsarət alması da sığorta hadisəsi hesab ediləcək.
Şərhlər