Neft ucuzlaşmaqda davam edir
12.01.2016 10:11 Ecoreaksiya 2129
Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edib.
"Reaksiya" xəbər verir ki, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,91 dollar ucuzlaşaraq 30,59 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 2,14 dollar azalaraq 30,67 dollar olub.
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,19 dollar ucuzlaşaraq 32,81 dollar təşkil edib.
Şərhlər