Üzən məzənnə rejimindən sonra manat ilk dəfə bahalaşdı

12.01.2016 17:36     Ecoreaksiya     2107

Azərbaycan Mərkəzi Bankı (AMB) sabaha olan dolların manata qarşı rəsmi məzənnəsini açıqlayıb.

"Reaksiya" APA-ya istinadən xəbər verir ki, yanvarın 13-ə USD/AZN rəsmi məzənnəsi 1,5682 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, bu günə olan USD/AZN məzənnəsi 1,5685 olub. Beləliklə, dollar manata qarşı 0,0003 manat və 0,02% zəifləyib.

Əlavə edək ki, AMB-nin İdarə Heyətinin ötən ilin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərardan sonra manat ilk dəfə olaraq dollara qarşı möhkəmlənib. Ötən ilin dekabrın 21-də USD/AZN məzənnəsi 1,55 olub və bundan sonra hər gün dollar möhkəmlənib.

 

Şərhlər