Neft bahalaşacaq, dollar ucuzlaşacaq - Böhrandan ən tez çıxan rubl və manat olacaq

13.01.2016 16:42     Ecoreaksiya     2588

Beynəlxalq Energetika Agentliyi (International Energy Agency, İEA) analitiklərinin fikrincə, 2016-cı ilin sonları - 2017-ci ilin əvvəllərində dünya bazarlarında xam neftin qiyməti bahalaşmağa başlayacaq.

"Reaksiya" Milli.Az-a istinadən xəbər verir ki, Yaponiyanın nüfuzlu "Nomura" maliyyə agentiliyinin ekspertlərinin hesablamalarına görə, üç aydan sonra ABŞ dollarının mövqeləri zəifləyəcək, xam neftin bir bareli isə orta hesabla 35-40 dollara satılmağa başlanacaq.

Daha sonra isə neft 55 dollara satılacaq.

Ekspertlər onu da vurğulayırlar ki, postsovet məkanı ölkələri arasında böhrandan ən tez çıxan valyutalar rubl və Azərbaycan manatı olacaq.

Şərhlər

Çox oxunanlar