Manat ucuzlaşmaqda davam edir
14.01.2016 10:13 Ecoreaksiya 2169
Bu gün yanvarın 13-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətən məzənnəsi möhkəmlənib.
"Reaksiya" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 14-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi yanvarın 13-ü ilə müqayisədə 0,0024 manat və ya 0,15% artaraq 1,5706 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 0,74% və ya 0,0126 manat artaraq 1,7106 manata yüksəlib.
Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,49% artaraq 0,0204 manat səviyyəsində qərarlaşıb.
Şərhlər