SOCAR Gürcüstana qaz nəqlini artırır
14.01.2016 11:19 Ecoreaksiya 2024
Azərbaycan Gürcüstana nəql etdiyi gündəlik təbii qazın həcmini 6 mln. kubmetrdən 7 mln. kubmetrə qədər artıracaq.
"Reaksiya"nın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə SOCAR-ın Gürcüstandakı törəmə şirkəti “SOCAR Enegy Georgia”nın baş direktoru Mahir Məmmədov bildirib.
Baş direktor bildirib ki, bununla bağlı razılıq dünən SOCAR prezidenti Rövnəq Abdullayevlə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili arasında baş tutan görüş zamanı əldə olunub.
M. Məmmədov bildirib ki, müvafiq məsələlərlə hər iki tərəfin mütəxəssisləri məşğul olacaq.
Şərhlər