Valyuta mübadiləsi aparan banklar - SİYAHI

14.01.2016 14:06     Ecoreaksiya     2243

Xəbər verdiyimiz kimi, artıq Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən valyuta mübadilə əməliyyatları qanunvericiliyə uyğun olaraq bankların baş ofisində, filial və şöbələrində (o cümlədən mübadilə şöbələrində), eləcə də ödəniş terminallarında həyata keçirilir.

"Reaksiya" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, bu proses AMB-nin İdarə Heyətinin təsdiqlədiyi "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları" ilə tənzimlənir: "Son zamanlar valyuta mübadilə əməliyyatların həcminin artması ilə əlaqədar kommersiya bankları tərəfindən əməliyyatlarını daha səmərəli və çevik tənzimlənməsi, əməliyyatlara nəzarət prosedurunun gücləndirilməsi məqsədilə, eləcə də xidmət şəbəkələrinin və əməliyyat xərclərinin optimallaşdırılması istiqamətində aparılan işlərin davamı olaraq valyuta mübadiləsi əməliyyatlarının mübadilə şöbələrində həyata keçirilməsi məhdudlaşdırılmış, mübadilə şöbələrinin fəaliyyətinə əsasən xitam verilmişdir. Yalnız turizm xidməti göstərən obyektlərdə (xüsusilə mehmanxana və hava limanında) operativ valyuta mübadilə ehtiyaclarının qarşılanması məqsədilə bankların valyuta mübadilə şöbələrinin fəaliyyəti davam etdirilir. Məlumat üçün bildiririk ki, hazırda əhalinin, o cümlədən sahibkarların bank xidmətlərinə çıxışının təmin edilməsi məqsədilə banklar kifayət qədər geniş xidmət infrastrukturuna malikdirlər. Bankların 914 filial və şöbəsi fəaliyyət göstərir ki, bunların da 458-i regionlarda yerləşir".

Beləliklə, bundan sonra valyuta mübadilələri yalnız bankların filial və şöbələrindən aparılacaq. Yalnız mehmanxana və hava limanları istisnadır.

Bu qərarın valyuta bazarındakı vəziyyətə nə cür təsir edəcəyi ilə bağlı proqnoz vermək çətindir. Yaxın günlər ərzində bazarda ajiotajı yaradan əsasən bankların valyuta təminatı ilə bağlı olan problem idi. Lakin ötən gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ildə valyuta satışını bərpa etdiyini bəyan edib.

Fondun açıqlamasında bildirilir ki, yanvarın 13-də yeni mexanizmlə - Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə ilk hərrac təşkil edilib: "Bununla da ölkədəki bütün banklar hərracda iştirak etmək imkanı əldə edib. 200 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 32 banka satılıb".

Fonddan o da bildirilib ki, il ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Görünən budur ki, bankların valyuta ilə təminatında heç bir problem yoxdur. Bu səbəbdən "APA-Economics" banklarda valyuta mübadiləsinin aparılıb-aparılmadığını araşdırıb.

Öncədən qeyd edək ki, AMB-nin bu günə açıqladığı rəsmi məzənnələr bülleteninə əsasən, 1 dollar 1,5706 manata, 1 avro isə 1,7106 manatdır. Beləliklə, 1 dollar müştəridən minimum 1,5078 manata alına, ona 1,6334 manata satıla bilər. Bundan başqa, avro minimum 1,6422 manata alına, 1,7790 manata satıla bilər.  

Xarici valyutanın alqı-satqısı həyata keçirən və keçirməyən bankların siyahısını sizə təqdim edirik (12:00-a olan məlumata əsasən):

BANKIN ADI

ALIŞ

SATIŞ

AccessBank

+

-

AFB Bank

+

-

AGBank

-

-

Amrahbank

-

-

ASB Bank

-

-

AtraBank

-

-

AtaBank

-

-

Azər Türk Bank

+

+

Bank Avrasiya

-

-

Bank BTB

+

-

Bank Melli İran Baku

-

-

Bank of Azerbaijan

-

-

Bank of Baku

-

-

Bank Respublika

-

-

Silk Way Bank

+

-

Bank Standard

+

-

Bank VTB (Azərbaycan)

+

-

Texnikabank

-

-

Qafqaz İnkişaf Bankı

+

-

Deka Bank

+

-

Expressbank

-

-

Gəncəbank

-

-

Dəmirbank

+

+

Günay Bank

+

-

Azərbaycan Beynəlxalq Bankı

+

-

Zaminbank

+

-

YapıKredi Bank Azərbaycan

+

+

Xalq Bank

+

-

United Credit Bank

-

-

Unibank

+

-

TuranBank

-

+

RabitəBank

+

-

PAŞA Bank

+

Yalnız müştərilərə

Parabank

+

-

Nikoil Bank

+

-

NBP

-

-

NBC Bank

+

-

NaxçıvanBank

-

-

Muğanbank

+

-

Kredo Bank

+

-

Kapital Bank

+

-

Ziraat Bank Azərbaycan

-

-

Caspian Development Bank

-

-

 

Şərhlər