Dolların məzənnəsi sabit qaldı
15.01.2016 09:57 Ecoreaksiya 2128
Bu gün yanvarın 14-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətən məzənnəsi sabit qalıb.
"Reaksiya" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 15-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dəyişməyərək 1,5706 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 0,05% və ya 0,0009 manat azalaraq 1,7097 manata enib.
Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0002 manat və ya 0,98% artaraq 0,0206 manat səviyyəsində qərarlaşıb.
Şərhlər